• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İtaliyada 2300 illik tunc heykəllər tapılıb

DÜNYA

11 Noyabr 2022 | 01:42 | Müəllif: Qalib İbrahimoğlu

İtaliyada 2300 illik tunc heykəllər tapılıb

İtaliyanın Toskana şəhərində 2300 il yaşı olan qədim tunc heykəllər tapılıb.

Bakıvaxtı.az azərtac-a istinadla xəbər verir ki, termal suların yerləşdiyi San Kaskiano dei Baqni bölgəsində aparılan qazıntılar zamanı 24 çox yaxşı vəziyyətdə olan tunc heykəl aşkarlanıb. Heykəllərdən beşinin hündürlüyü 1 metrdən çoxdur.

Tunc heykəllərin tapıldığı termal suların dibindəki palçıq sayəsində bu qədər yaxşı vəziyyətdə qaldığı bildirilir.

Ərazidə, həmçinin latın dilində yazılmış çoxlu yazılar və minlərlə sikkə də tapılıb. Əsərlərin eramızdan əvvəl I-II əsrlər arasındakı dövrə aid olduğu qeyd edilib.

Bu tapıntının 1972-ci ildə ölkənin cənubundakı Kalabriya bölgəsində aşkarlanan 2500 illik Riace bürünc heykəllərindən sonra ən mühüm mədəni sərvət olduğu bildirilib.


İtaliyada 2300 illik tunc heykəllər tapılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026