• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ Ukraynaya 18 milyard avroluq yardımı razılaşdırdı

DÜNYA

10 Dekabr 2022 | 22:24 | Müəllif: Subhan Mahmudov

Aİ Ukraynaya 18 milyard avroluq yardımı razılaşdırdı

Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımının ayrılması üçün zəruri sənədlər paketini razılaşdırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının qanunverici orqanın saytında dərc olunmuş məlumatında deyilir.

Məlumata görə, Ukraynaya kredit dəstəyinin göstərilməsi təklifi Şura tərəfindən şənbə günü, dekabrın 10-da yazılı şəkildə qəbul edilib və gələn həftə mümkün qəbul olunması üçün Avropa Parlamentinə təqdim olunacaq. 2023-cü ildə Ukraynaya veriləcək kredit 18 milyard avro təşkil edəcək və 10 illik güzəşt müddəti olacaq. Eyni zamanda, Aİ-yə üzv dövlətlər faiz xərclərinin əsas hissəsini ödəyəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026