• Bakı 22° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bara silahlı hücum: 9 ölü, 2 yaralı

DÜNYA

11 Noyabr 2022 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

Bara silahlı hücum: 9 ölü, 2 yaralı

Meksikanın Apaseo El Alto şəhərində silahlı şəxs Lexus barına hücum edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hücumda 9 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hücumdan sonra mikroavtobusda qaçan silahlı basqınçıların hadisə yerində karton üzərində yazılı mesaj qoyub getdiyi bildirilib. Mesaja əsasən hücumun bölgədə fəaliyyət göstərən iki kartel arasında qarşıdurma olduğu düşünülür.

Quanajuato Əyaləti Baş Prokurorluğundan verilən açıqlamada federal və əyalət vahidlərinə bağlı təhlükəsizlik qüvvələrinin hadisə yerində araşdırmalar apardığı, istintaqın davam etdiyi bildirilib.

Qeyd edək ki, Meksikanın Quanaxuato əyalətində ölkənin ən güclü karteli olan Jalisco Next Generation Cartel (CJNG) ilə Santa Rosa de Lima Karteli (CSRL) arasında regionunda hakimiyyət üzərində uzun müddətdir ki, münaqişə var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR