• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa polisi Ermənistan vətəndaşını saxladı

DÜNYA

06 Fevral 2022 | 12:40

Fransa polisi Ermənistan vətəndaşını saxladı

Fransa polisi bir neçə qayda pozan Ermənistan vətəndaşını saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fransa polisi Karkason şəhərində reyd zamanı qırmızı işıqda keçən avtomobilə saxla işarəsi verib.

Sürücü əmrə tabe olmadığı üçün təqib edilərək saxlanılıb.

Yoxlama zamanı onun 52 yaşlı Ermənistan vətəndaşı olduğu müəyyən edilib. Polis idarəsinə gətirilən erməninin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. Alkoqol müayinəsi zamanı onun qanında 1,12 promil spirt aşkar edilib.

Karkason polisi faktı rəsmiləşdirərək hüquqi qiymət verməsi üçün prokurorluğa göndərib. Ermənistan vətəndaşı isə iltizam alınaraq sərbəst buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026