• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir ölkədə maska qadağası ləğv olundu

DÜNYA

08 Mart 2022 | 03:25 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkədə maska qadağası ləğv olundu

Macarıstan hakimiyyəti ictimai yerlərdə məcburi qoruyucu maskaların taxılması qaydasını, eləcə də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən digər məhdudiyyətləri ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin dəftərxanasının rəhbəri Gergey Guiyaş bildirib.

Onun sözlərinə görə, Macarıstan hökuməti bu qərarı uğurlu nəzarət və əhalinin peyvəndlənməsi sayəsində epidemiyanın beşinci dalğasının geri çəkildiyinə görə qəbul edir.

"Bazar ertəsindın etibarən ictimai nəqliyyatda, mağazalarda, ticarət mərkəzlərində, poçt şöbələrində, teatrlarda, kinoteatrlarda, muzeylərdə, həmçinin idman yarışlarınən keçirildiyi məkanlarda məcburi maska ​​taxmaq tələbi ləğv edilir. İctimai iaşə müəssisə işçilərinin də maska ​​taxması tələb olunmayacaq", - hökumətin yaydığı məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026