• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mariupolda DƏHŞƏT: 50 nəfər diri-diri YANDI

DÜNYA

07 Aprel 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Mariupolda DƏHŞƏT: 50 nəfər diri-diri YANDI

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

"Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir”, - məlumatda deyilir.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR