Fransanın Le Lavandu kommunasında (ölkənin cənub-şərqindəki Var departamenti) hava şousu zamanı "Fouga Magister" təyyarəsi dənizə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, pilot katapult edə bilməyib. Xilasedicilər dənizdə əməliyyat aparır, lakin pilotun yerini hələlik tapa bilməyiblər.
















