• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Füzulidə mühəndis faciəli şəkildə ÖLDÜ

HADİSƏ

04 Iyul 2022 | 09:19

Füzulidə mühəndis faciəli şəkildə ÖLDÜ

İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub .

Füzuli rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR