• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Gəncədə evə İLDIRIM DÜŞDÜ

HADİSƏ

24 Sentyabr 2023 | 19:58 | Müəllif: Subhan Mahmudov

Gəncədə evə İLDIRIM DÜŞDÜ

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026