• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb - YENİLƏNİB

CƏMİYYƏT

09 Mart 2025 | 14:26 | Müəllif: Subhan Mahmudov

Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb - YENİLƏNİB

Martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edilib ki, hamiləliyinin 36-37-ci həftəsində olan pasiyentə ölü döl diaqnozu təyin edilib.

    Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

     

    14:06

    Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

      Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

      Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

       

      ***11:17

      Gəncədə yeni doğulmuş körpə ölüb, anasının vəziyyəti ağırdır.

      Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.

      Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      19 Sentyabr 2026
      18 Sentyabr 2026