• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Markerlər yoxlama prosesinə necə cəlb edilir? - Aydın Qasımov

CƏMİYYƏT

08 Aprel 2025 | 11:52

Markerlər yoxlama prosesinə necə cəlb edilir? - Aydın Qasımov

“Markerlər respublikanın müxtəlif regionlarından olan fənn müəllimləri sırasından müəyyən istiqamətlər və ikimərhələli seçim prosesindən keçdikdən sonra yoxlama prosesinə cəlb edilirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

Bildirib ki, “Qiymətləndirmə vasitələrinin işlənməsi və yoxlanılmasına dair hazırlıq kurslarının iştirakçıları prosesə cəlb olunur:

“Həmçinin MİQ imtahanı üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisası üzrə 70%-dən yuxarı nəticə göstərənlər və təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində ixtisası üzrə 90%-dən yuxarı nəticə göstərənlər yoxlama prosesində iştirak edə bilərlər”.

A.Qasımov nəzərə çatdırıb ki, bu üç istiqamət üzrə yoxlama prosesinə qoşulmaq istəyən müəllimlər üçün ikimərhələli seçim prosesi təşkil edilir:

I mərhələ. Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas üzrə imtahan təşkil edilir və bu imtahanda yüksək nəticə göstərənlər (dəqiq fənlər üzrə ən azı 85%, humanitar fənlər üzrə ən azı 80% göstərici) ikinci mərhələyə keçir;

II mərhələ. Əvvəlki illərin real yazı işlərindən fərqli tip tapşırıqlara aid ümumilikdə 250–300 yazı işi nümunəsi meyarlar əsasında qiymətləndirilir. Bu mərhələdə yüksək nəticə göstərən (dəqiq fənlər üzrə ən azı 85%, humanitar fənlər üzrə ən azı 80% göstərici) müəllimlər ilə müqavilə bağlanılır və onlar yazı işlərinin yoxlanılması prosesinə cəlb edilirlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR