“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulmasına görə məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi əsasında protokol tərtib edərək işi Binəqədi Rayon Məhkəməsinə göndərib.
Məcəllənin 496.1-ci maddədə bildirilib ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Zamiq Bağırovun sədrliyi ilə araşdırılacaq.
İbRa


jpg-1683544688.jpg)



jpg-1686133728.webp)
jpg-1686131738.webp)

jpg-1686128966.webp)






