• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İsmayıllı yolunda son vəziyyət - FOTOLAR

CƏMİYYƏT

07 Iyun 2023 | 14:27

İsmayıllı yolunda son vəziyyət - FOTOLAR

Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir-neçə yerli əhəmiyyətli avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bakıvaxtı.az-a verilən məlumata görə, intensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub. 

Sözügedən yollarda yaranmış problemlə bağlı əraziyə texnika və canlı qüvvə cəlb olunub. 

Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib. 


SON XƏBƏRLƏR

08 May 2025