• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Erməni hərbçi postumuzdan buraxılmadı - VİDEO

CƏMİYYƏT

07 Iyun 2023 | 15:00

Erməni hərbçi postumuzdan buraxılmadı - VİDEO

Ermənistandan Xankəndiyə gəlmək istəyən şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, erməni mediasının yazdığına görə, mülki geyimli şəxs məhz hərbçi olduğuna görə onun keçidinə icazə verilməyib.

Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində xəstələrlə yanaşı, Qarabağın digər erməni sakinlərinin də Laçın sərhəd keçid məntəqəsindən keçməklə hərəkəti son zamanlar xüsusilə intensiv xarakter alıb. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


SON XƏBƏRLƏR

16 Iyun 2024