• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Göyçayda ağır QƏZA: 13 yaşlı məktəbli və sürücü öldü - YENİLƏNİB

HADİSƏ

19 Sentyabr 2022 | 20:04 | Müəllif: Subhan Mahmudov

Göyçayda ağır QƏZA: 13 yaşlı məktəbli və sürücü öldü - YENİLƏNİB

Göyçay rayonunda yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımov idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik avtomobili Göyçay-Ucar yolunda yoldan çıxararaq hasara çırpılıb.

Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.

Faktla bağlı araşdırma aparılır.

 

***19:17

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində qeydə alınıb. 23-BN-169 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib.

Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR