• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Göygöldə “KamAZ” aşıb - xəsarət alanlar var

HADİSƏ

13 Sentyabr 2021 | 21:15 | Müəllif: Subhan Mahmudov

Göygöldə “KamAZ” aşıb - xəsarət alanlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Bqkıvaxtı.az xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Murovdağ adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı maşında olan sərnişin Ramal İsrafilov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, yük maşınının ərazidə iş aparan şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026