• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ramazandan sonra adi günlərə necə alışaq? - PSİXOLOQ MƏSLƏHƏTİ

CƏMİYYƏT

22 Aprel 2023 | 10:03

Ramazandan sonra adi günlərə necə alışaq? - PSİXOLOQ MƏSLƏHƏTİ

11 ayın sultanı Ramazan başa çatdı. Oruc tutanlar aprelin 20-də Ramazan ayının sonuncu orucunu açdı, iftarını etdi. İndi isə normal rejimə qayıtmalıdırlar. Bu isə bir çox insana həm fiziki, həm də psixoloji olaraq çətin gəlir. 

Psixoloji olaraq özümüzü buna necə hazırlamalıyıq?

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, müsəlman aləminin müqəddəs ayı olan Ramazan ayını başa vurduq: “Orucluq ayı həm insan orqanizmi üçün,  həm də insan psixologiyası üçün çox faydalı bir aydır. Lakin oruc tutan insanlar bir ay bu rejimə öyrənirlər. Yuxu rejimləri, yemək saatları dəyişr. Orucluq ayı bitdikdən sonra isə yenidən əvvəlki kimi üç dəfə yemək və yatmaq rejiminin qaydasına düşməsində problemlər yarana bilir. Bəzən oruc tutan insanlar əvvəlki rejimə adaptasiya olmaqda çətinlik yaşayırlar.  Hər şeydən əvvəl bir müddət qidalanmalarına fikir verməlidirlər. Orqanizmimizi yavaş-yavaş yenidən əvvəlki rejimə alışdırmalıyıq”. 

Psixoloq qeyd edib ki, bayram günləri və ya daha sonra çox yemək yemək, ağır qidalar qəbul etmək və rejimsiz qidalanmaq əlbəttə ki, mədəmizdə narahatlığa səbəb ola bilər: “Ona görə də, insan psixoloji yenidən əvvəlki kimi qidalanmağa və yuxu rejiminə hazır olmalıdır”. 

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026