• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Gündə 3 stəkan çay içməyin FAYDALARI

CƏMİYYƏT

26 Yanvar 2024 | 09:38

Gündə 3 stəkan çay içməyin FAYDALARI

Gündə üç stəkan çay içmək bioloji qocalmanı gecikdirir.

Bakıvaxtı.azxəbər verir ki, Çinin Siçuan Universitetinin alimləri bu qənaətə gəliblər.

Tədqiqatda yaşı 37-73 arasında olan 5998 britaniyalı, həmçinin 7931 Çin sakini iştirak edib. İştirakçılar gündə müntəzəm olaraq istifadə etdikləri çayın növü (yaşıl, qara, sarı) və qidalar haqqında məlumat veriblər.

Tədqiqat qrupu bioloji yaşlarını hesablamaq üçün könüllülərin qan təzyiqini, qanda xolesterinin səviyyəsini və bədənlərinin yağ faizini ölçüblər.

Məlum olub ki, tez-tez çay içənlərin hipertoniya və diabetdən əziyyət çəkmə ehtimalı da daha azdır.

Qeyd edək ki, tədqiqat zamanı iştirakçıların hansı ölçüdə fincanlardan istifadə etməsi dəqiqləşdirilməyib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026