• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Gürcü arzusu" 70 faiz səs yığmağa iddialıdır

SİYASƏT

02 Fevral 2024 | 10:22

"Gürcü arzusu" 70 faiz səs yığmağa iddialıdır

Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkilərdə parlamentdəki yerlərin 2/3-ni qazanacağını gözləyir.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib.

"Əminliklə deyə bilərik ki, biz yalnız qələbə üçün deyil, konstitusiya çoxluğu üçün mübarizə aparacağıq. Bu, partiyamızın nəticələrinə münasibətimizdir. Biz bütün istiqamətlərdə daha da böyük irəliləyiş əldə etmək istəyirik", - deyə o qeyd edib

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ölkə parlamentində yerlərin 2/3-ni əldə etmək üçün hansısa partiya 65-70 faiz səs almalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026