• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gürcüstan Aİ-yə üzv ola bilər

DÜNYA

04 Sentyabr 2023 | 16:21

Gürcüstan Aİ-yə üzv ola bilər

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bir neçə gündən sonra Gürcüstana gedəcək.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı xüsusilə Gürcüstanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq: “Biz ona Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirmə prosesindəki mövcud durum barədə məlumat verəcəyik. İnanıram ki, avropalı həmkarlarımızın ölkəyə layiq olduğu statusu vermək üçün kifayət qədər arqumentləri olacaq”.

İ.Qaribaşvili səfərin dəqiq tarixini açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026