Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 120 yoluxma halı qeydə alınıb, 61 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 565 957, ölənlərin sayı isə 7 867 nəfərə çatıb. Virusa yoluxanlardan 519 673 nəfərin (91%) sağaldığı bildirilir.
















