• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Hacı Əliyev karyerasını başa vurub

İDMAN

11 Avqust 2024 | 20:15 | Müəllif: Subhan Mahmudov

Hacı Əliyev karyerasını başa vurub

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) karyerasını sonlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə pəhləvan özü sosial şəbəkə hesabında bildirib.

O, paylaşdığı yazıya "Bu da son!" adlı başlıq verib.

"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm", - H.Əliyev qeyd edib.

Qeyd edək ki, 33 yaşlı güləşçi 3 dəfə dünya, 4 dəfə isə Avropa çempionatının qalibi olub. Əliyev Olimpiadanın gümüş və bürünc mükafatçısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026