Azərbaycanın futzal millisinin Bakıda toplanışı başlayıb.
Bakıvaxtı.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan komanda sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.
Toplanışın ikinci hissəsi isə Çexiyanın Zlin şəhərində sentyabrın 17-dən 21-dək olacaq. Bu müddət ərzində Çexiya yığması ilə iki yoldaşlıq görüşü də planlaşdırılıb.
Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 oyunçu dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək.
N  | Ad, soyad  | Klub  | 
1  | Emin Kürdov (q)  | Araz-Naxçıvan  | 
2  | Vladislav Reznov (q)  | Araz-Naxçıvan  | 
3  | Kamran Hacıyev (q)  | Baku Fire  | 
4  | Emil Həsənzadə  | Araz-Naxçıvan  | 
5  | Xəzər Ağalızadə  | Araz-Naxçıvan  | 
6  | İlham Alıyev  | Araz-Naxçıvan  | 
7  | Tofiq Mikayılov  | Baku Fire  | 
8  | Nurlan Mehdizadə  | Baku Fire  | 
9  | Oktay Rüstəmli  | Baku Fire  | 
10  | Fərid Abbasov  | Baku Fire  | 
11  | Fərid Atakişiyev  | Neftçi İK  | 
12  | Ülvi Əliyev  | Araz-Naxçıvan  | 
13  | Mirzə Əmirov  | Neftçi İK  | 
14  | Eldar Zeynalov  | Neftçi İK  | 
15  | Seymur Məmmədov  | Neftçi İK  | 
16  | Murad Quluzadə  | Baku Fire  | 
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunları sentyabrın 19-da və 20-də baş tutacaq.
 Bakı 


