• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Akrobatika gimnastlarımız dünya yarışında iştirak edəcək

İDMAN

10 Sentyabr 2024 | 16:52 | Müəllif: Əli Hüseynov

Akrobatika gimnastlarımız dünya yarışında iştirak edəcək

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya yaş qrupları yarışlarında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, turnirdə Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, Diana Məmmədova, Safiya Babayeva, ⁠Firuzə Qasımzadə⁠, Ayan Hacılı, Aylin Məmmədova, Jasmin Əliyeva, Nəzrin Zeyniyeva, ⁠Anahita Bəşiri və Zəhra Rəşidova mübarizə aparacaqlar.

İdmançılar 12-18 və 13-19 yaş üzrə qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.

Turnir sentyabrın 12-15-də təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026