Yaponiyanın "Panasonic" şirkəti Olimpiya Oyunlarına sponsorluqdan imtina etmək qərarına gəlib.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Oyunları Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib.
Onun sözlərinə görə, tərəfdaşlıq hörmətli və mehriban şəkildə dayandırılır:
"Panasonic Qrupu"nun öz biznes strategiyasını uyğunlaşdırmaq məcburiyyətində qalması faktını başa düşür və tam hörmət edir".
Qeyd edək ki, "Panasonic" ilk dəfə 1987-ci ildə Olimpiya Oyunlarının rəsmi tərəfdaşı olub və tərəfdaşlıq 2014-cü ildən Paralimpiya Oyunlarına qədər genişləndirilib.
Gülşən Şərif