• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Harri Keyndən yeni rekord

İDMAN

19 Oktyabr 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

Harri Keyndən yeni rekord

İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı hücumçu buna İtaliyaya 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda dubl etməklə nail olub. Təcrübəli forvard "Uembli" stadionunda İngiltərə millisinin forması ilə vurduğu qollarının sayını 24-ə çatdırıb.

Keyn "Uembli"də vurulan qolların sayına əfsanəvi Bobbi Çarltonu (23 qol) geridə qoyub.

Qeyd edək ki, İngiltərə millisi qələbə sayəsində final mərhələsində iştirakı təmin edib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026