• Bakı 15° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Həbsdə olan sabiq deputat ittihamları RƏDD EDİB

GÜNDƏM

08 Iyul 2021 | 18:30

Həbsdə olan sabiq deputat ittihamları RƏDD EDİB

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, prokuror ittiham aktını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026