• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Həbsdəki keçmiş icra başçısından XƏBƏR VAR

CƏMİYYƏT

31 Oktyabr 2022 | 12:51

Həbsdəki keçmiş icra başçısından XƏBƏR VAR

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Bakıvaxtı.az xəbər verir ki, bir müddətdir Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev təsdiq edib: "Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib".

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026