• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Məktəblilərə “Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirildi

CƏMİYYƏT

30 Noyabr 2022 | 12:44

Məktəblilərə “Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirildi

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Ölümə yox” adlı layihə çərçivəsində Kürdəmir rayon 1 saylı orta və Atakişili kənd orta məktəblərində maarifləndirici tədbirlər həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində reallaşan tədbirdə 9,10 və 11 sinif şagirdlərinə “Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirilib və şagirdlərlə film haqqında müzakirələr aparılıb.

Tədbirlərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir Rayonu üzrə təhsil sektorunun müdiri Rafael Məmmədov, metod kabinetinin direktor əvəzi Mehman Osmanov və 1 saylı orta məktəbin direktoru Vügar Nəsirov layihənin vacibliyindən və belə tədbirlərin mütəmadi keçirilməsi arzusunda olduqlarını bildiriblər. XXI əsrin bəlası olan narkomaniyanın qarşısının alınması üçün maarifləndirmənin ən gözəl vasitə olduğunu qeyd ediblər.

Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Aslan Mərziyyə gənclərə bu sahədə ayıq olmağı və tədbir çərçivəsində əldə etdikləri vəsaitlərdən daha çox insanın maarifləndirilməsi üçün istifadə etmələrini tövsiyə etdi, layihənin maliyyə dəstəyinə görə Gənclər və İdman Nazirliyinə, texniki dəstək üçün Kürdəmir rayon İcra Hakimiyətinə, xüsusəndə İcra Hakiminin muavini Vəsilə Əsgərliyə təşəkkürünü bildirib.

Tədbirin sonunda iştirakçılara filmi özündə əks etdirən disk, maarifləndirici buklet və dəftərxana ləvazimatları paylanılıb.

Layihə çərçivəsində ümümi 200 nəfər şagird maarifləndiriləcək.


SON XƏBƏRLƏR

19 Aprel 2024