q
  • Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Hesablama Palatasının hesabatı qəbul olundu

SİYASƏT

21 Aprel 2026 | 13:19

Hesablama Palatasının hesabatı qəbul olundu

Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat" qəbul olunub.

Bakıvaxtı.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

O qeyd edib ki, Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı aparılan təhlillər nəticəsində 10-dan çox əsas təklif hazırlanıb: "Təkliflər dövlət satınalmaları üzrə idarəetmənin gücləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib".

Sədr əlavə edib ki, Azərbaycanda dövlət satınalmalarının əhəmiyyətli hissəsi müsabiqəsiz üsulla həyata keçirilib: "2025-ci ilin iş planı çərçivəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 3 560 satınalma araşdırılıb və bu proseslər 3,8 milyard manat vəsaiti əhatə edib. Bu satınalmaların 60 %-i - 2 119-u müsabiqəsiz, yəni bir mənbədən satınalma metodu ilə həyata keçirilib və onların ümumi dəyəri 2milyard manatdan bir qədər çox olub. Audit və analitik fəaliyyətlər nəticəsində aşkar edilmiş nöqsanların 51,6 %-i büdcə qanunvericiliyi, 24,1 %-i isə dövlət satınalmaları ilə bağlı olub".


SON XƏBƏRLƏR