• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hindistanda sürüşmə - 90 ölü - YENİLƏNİB

DÜNYA

30 Iyul 2024 | 17:15

Hindistanda sürüşmə - 90 ölü - YENİLƏNİB

Hindistanın cənubundakı Kerala ştatında leysan yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 93-ə çatıb.
Bakıvaxtı.az
BBC-yə istinadən xəbər verir ki, yerli xəstəxanalarda ən azı 129 yaralıya tibbi yardım göstərilir və indiyədək təxminən 250 nəfər xilas edilərək xilasetmə düşərgələrinə köçürülüb.
Ştat rəsmiləri bildirib ki, xilasetmə əməliyyatları davam edir, lakin leysan yağışları və körpünün uçması prosesin sürətli aparılmasına mane olur.
"Vəziyyət çox ağır olaraq qalır. İtkilər arta bilər", - ştatın yüksək səviyyəli rəsmis yerli mediaya deyib.

Rəsmilər axtarış və xilasetmə işlərində təhlükəsizlik qüvvələrinə kömək etmək üçün 200-dən çox hərbçinin prosesə cəlb olunduğunu bəyan edib.

***

10:30

Hindistanın cənubundakı Kerala ştatında sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Asianet” informasiya portalı məlumat yayıb. Daha əvvəl 24 ölü və ən azı 70 yaralının olduğu bildirilmişdi.

Ştatın səhiyyə naziri Vina Corcun jurnalistlərə verdiyi açıqlamaya görə, hadisə yerində körpü uçduğu üçün xilasedicilərin əraziyə girişi çətinləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026