• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Hollann ilin ən məhsuldar futbolçusu oldu

İDMAN

30 Oktyabr 2023 | 12:09

Hollann ilin ən məhsuldar futbolçusu oldu

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann 2023-cü ilin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqanın X turunda “Mançester Yunayted”lə görüşdə dubl edərək buna nail olub.

Bununla cari ildə klubun və millinin heyətində keçirdiyi bütün matçlarda ümumi qollarının sayını 44-ə çatdıran 23 yaşlı forvard portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusunun hesabında 43 qol var.

Qeyd edək ki, “Mançester Siti” səfərdə “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026