• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İki ailə arasında dava: 41 nəfər yaralandı

DÜNYA

18 Avqust 2023 | 09:22 | Müəllif: Subhan Mahmudov

İki ailə arasında dava: 41 nəfər yaralandı

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailə arasında kütləvi davaya çevrilib. Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb.

Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis hadisə iə bağlı araşdırmaya başlayıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026