• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İki il əvvəl dənizdə boğulan gənc əslində öldürülüb?

HADİSƏ

05 Aprel 2022 | 12:24 | Müəllif: Subhan Mahmudov

İki il əvvəl dənizdə boğulan gənc əslində öldürülüb?

İki il əvvəl Buzovnada çimərlikdə boğulan Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Rəşad Əlizadə ilə bağlı yeni faktlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 2020-ci il avqustun 11-də çimərlikdə boğulan gəncin əslində tamamilə başqa səbəbdən vəfat etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Belə ki, əldə edilmiş məlumatlar əsasında bu ilin mart ayında Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanılıb. İşin materialları Xəzər rayon Prokurorluğuna göndərilib.

Martın 31-də R.Əlizadənin meyiti ekshumasiya olunub və zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026