• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü oldu - YENİLƏNİB

SİYASƏT

15 Iyul 2023 | 20:38 | Müəllif: Subhan Mahmudov

İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü oldu - YENİLƏNİB

Bizim fikir mübadiləmiz bir daha səmimi, dürüst və substantiv idi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Mən onları normallaşma yolunda həlledici və dönməz tərəqqinin təmin edilməsi üçün növbəti cəsarətli addımları atmağa çağırdım. Baxmayaraq ki, bizim görüşümüz yerdəki narahtlıq doğuran artan təzyiq kontekstində baş tutdu", - o qeyd edib.

Şarl Mişel gündəlikdəki bütün məsələlərin müzakirə edildiyini vurğulayıb.
 

 

17:51

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub.

Görüş üç saata yaxın davam edib.

 

15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki,  bu  barədə Aİ-nin saytında məlumat dərc olunub. 


İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü oldu - YENİLƏNİBİlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü oldu - YENİLƏNİBİlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026