"Azərbaycanlı və qazaxıstanlı həmkarlarım İlham Əliyev və Kasım-Jomart Tokayevlə görüşlərimizdə Xəzər dənizinin dayazlaşması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Azərbaycanda keçirilən görüşlərdə İlham Əliyevlə bu barədə danışdıq, Qazaxıstanda da Kasım-Jomart Tokayevlə də bu məsələni qaldırdıq. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, - deyə Putin bildirib.