• Bakı 11° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İlon Mask Marsa insanları göndərməyin qiymətini açıqladı

DÜNYA

04 Fevral 2022 | 00:31 | Müəllif: Subhan Mahmudov

İlon Mask Marsa insanları göndərməyin qiymətini açıqladı

İnsanların Marsa göndərilməsi hazırki şərtlərdə 1 trilyon dollara başa gələ bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Speys X” şirkətinin rəhbəri, milyarder İlon Mask deyib.

“Biz Marsda koloniyalar yarada bilmərik, çünki indi bu, çox bahadır. Hazırki dövrdə insanların Marsa göndərilməsi 1 trilyon dollara başa gələcək. Məsələ burasındadır ki, bir raket kifayət deyil, insanlara tibbi təchizat, kommunikasiya vasitələri gərəkdir”, - deyə Mask bildirib.

Qeyd edək ki, milyarder bundan öncə də yaxın 5-10 il ərzində Marsda koloniyaların yaradılması planının olduğunu açıqlayıb.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026