• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İlon Maskın sərvəti sürətlə əriyir

DÜNYA

23 Noyabr 2022 | 00:26 | Müəllif: Subhan Mahmudov

İlon Maskın sərvəti sürətlə əriyir

Tvitter sosial şəbəkəsini alandan bəri gündəmdən düşməyən milyarder iş adamı İlon Maskın sərvəti sürətlə "əriyir".

Bakıvaxtı.az Bakupost.az-a istinadən bildirir ki, "Dünyanın ən varlı adamı" ünvanını daşıyan İlon Mask indi həm də "sərvəti ən çox azalan milyarder"dir.

Belə ki, Maskın sərvətində baş verən azalma ilk dəfə olaraq 100 milyard dolları ötüb. Buna baxmayaraq o, hələ də planetdəki ən varlı insandır. 51 yaşlı iş adamının sərvəti ötən il 340 milyard dollara çatmışdı.

Qeyd edək ki, "Blumberg Milyarderlər İndeksi"nə görə, bu il sərvəti ən çox "əriyən" milyarderlər siyahısında ilk üç yeri İlon Mask, Mark Zukerberq və Çanpen Zao tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026