• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Instagram”da yeniliklər edilib

MULTİMEDİA

28 Iyul 2021 | 09:54

“Instagram”da yeniliklər edilib

“Instagram” sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəbəkənin sahibi olan “Facebook” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, “Reels” qısa videoçarxlarının müddəti 30 saniyədən 60 saniyəyədək artırılıb.

Həmçinin, “Instagram”dakı daha bir yenilik 16 yaşadək olan istifadəçilərin yeni səhifələri ilə bağlıdır. Bundan sonra həmin səhifələrin yeni açılarkən qapalı olacağı bildirilib.

Bununla yanaşı, sosial şəbəkə reklamçıların gəncləri müxtəlif reklam kampaniyalarına cəlb etmək imkanlarını məhdudlaşdıracaq, eləcə də, şübhəli hesablar üçün uşaq səhifələrinin axtarışını çətinləşdirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026