• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

WhatsApp -da yeni funksiya: Mesajlar özü silinəcək

MULTİMEDİA

19 Avqust 2021 | 19:14 | Müəllif: Subhan Mahmudov

WhatsApp -da yeni funksiya: Mesajlar özü silinəcək

Whatsapp messencerində 90 gündən sonra özü silinəcək mesajlardan istifadə etmək mümkün olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə WABetaInfo portalı yazıb. Qeyd olunur ki, yeni funksiya mətnlərin 24 saat və yeddi gündən sonra avtomatik silinməsi variantları ilə birlikdə mövcud olacaq.

2.21.17.16 kod nömrəli yeniləmə yalnız Android istifadəçiləri üçün əlçatan olacaq.

Xatırladaq ki, daha əvvəl Android və iOS arasında mesaj və söhbət tarixçəsini WhatsApp -a köçürmə imkanı təqdim edilmişdi.

Çatın köçürülməsi iOS və Android cihazlarının USB-C — Lightning kabeli vasitəsi ilə fiziki olaraq qoşularsa (oxşar kabellər iPhone ilə birlikdə təchiz edilir) mümkün olacaq. Şəbəkə vasitəsilə platformalar arasında məlumat ötürmək alınmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026