• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

İnyesta komandasını tərk etdi

İDMAN

25 May 2023 | 09:49

İnyesta komandasını tərk etdi

Əfsanəvi ispaniyalı futbolçu Andres İnyesta Yaponiya klubu “Vissel Kobe”dən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində vida matçına çıxacaq. “Vissel Kobe” həmin gün Yaponiya çempionatının XIX turunda “Hokkaydo”nu qəbul edəcək.

Qeyd edək ki, ölkəsinin “Barselona” klubunun yetirməsi olan Andres İnyesta 2018-ci ildən bəri “Vissel Kobe”nin formasını geyinir. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026