• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İran bu gün bəyan etdi: Zəngəzura ordu göndərməyə hazırdır

DÜNYA

23 Fevral 2024 | 23:03

İran bu gün bəyan etdi: Zəngəzura ordu göndərməyə hazırdır

Elə bu gün İran tərəfi bəyan edib ki, Tehran Ermənistanla hərbi ittifaq imzalamağa və qoşunlarını Zəngəzurda yerləşdirməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Camalyan yerli mediaya açıqlamasında deyib.

O, İranın Zəngəzurun ermənilərdə qalmasında maraqlı olduğuna əminliyini bildirib:

“İran Qarabağın da ermənilərdə qalmasında maraqlı idi. İndi İran açıq mətnlə deyir ki, o, nəiniki silah-sursat, qoşun da verə bilər. Hamı başa düşür ki, Zəngəzurun süqutu İrana qarşı uzunmüddətli planların tərkib hissəsi olacaq”.

Onun sözlərinə görə, İran Ermənistana deyir ki, əldə olunan razılaşmalara ciddi əməl etmək lazımdır:

“Ehtimal etmək olar ki, İran tərəfdən təkliflər olub - İrəvan ya qəbul etməyib, ya da qəbul edib, amma həyata keçirməyib”./axar.az


SON XƏBƏRLƏR

26 Iyul 2024