• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran səfirliyində təhlükəsizlik gücləndirildi

CƏMİYYƏT

27 Yanvar 2023 | 20:14 | Müəllif: Subhan Mahmudov

İran səfirliyində təhlükəsizlik gücləndirildi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirlik nümayəndələri binanı tərk etməyib, onların xidməti avtomobilləri binanın qarşısında park edilib.

Bakıvaxtı.az xəbər verir ki, səfirliyin binasının yerləşdiyi Bünyad Sərdarov küçəsinin hər iki hissəsində piyadaların gediş-gəlişi məhdudlaşdırılıb.

Məhdudlaşdırılma yalnız piyadalar üçün nəzərdə tutulub. Avtomobillərin gediş-gəlişi sərbəstdir.

Səfirliyin qarşısına, o cümlədən binanın yaxınlığına çox sayda polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026