İranda Almaniya vətəndaşlığı olan şəxs edam edilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, “terror əməliyyatlarına rəhbərlik etmək” ittihamı ilə mühakimə olunan alman əsilli iranlı dissident Cəmşid Şarmehdi edam olunub.
Şarmehd 2008-ci ildə Şiraz şəhərində 14 nəfərin ölümü ilə nəticələnən bombalı hücumda iştirakına görə təqsirli bilinərək edam cəzasına məhkum edilib.
Qeyd edilib ki, Şarmehd üçün edam hökmü 2023-cü ilin aprelində Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Nuriyyə Musayeva
















