• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda daha 114 nəfər koronavirusdan öldü

DÜNYA

08 Fevral 2022 | 15:11 | Müəllif: Subhan Mahmudov

İranda daha 114 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 38 757 nəfər koronavirusa (COVID-19) yoluxub, 114 nəfər ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 133 048 nəfərə, yoluxanların sayı isə 6 657 842 nəfərə çatıb. Virus daşıyıcılarından 2 724 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 191 746 nəfər koronavirusdan sağalıb, 45,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 136 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 20,2 milyon təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR