İranda ötən sutka ərzində 2 103 nəfər koronavirusa (COVID-19) yoluxub, 44 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla İranda bu virusdan ölənlərin sayı 131 211 nəfərə, yoluxanların sayı isə 6 177 885 nəfərə çatıb.
Virus daşıyıcılarından 2 821 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
















