• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTO

DÜNYA

21 Yanvar 2022 | 12:47 | Müəllif: Qalib İbrahimoğlu

Bu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTO

Rusiyalı müxalifət lideri Aleksey Navalnının ötən il üzə çıxardığını iddia etdiyi və Vladimir Putinin gizli şəkildə tikdirdiyi sarayla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Navalnının internet saytında Putinə məxsus olduğu iddia edilən 1,3 milyard dollarlıq saraydakı striptiz zalının görüntüləri paylaşılıb.

Gizli tunel, hovuz, buz meydançası, kilsə, teatr və idman zalı olan sarayda Putinin yataq otağı olduğu deyilən otağın görüntüləri də diqqət çəkib.

Sarayda kazino və diskoteka olduğu da bildirilir. Rusiyanın simvollarından biri olan ikibaşlı qartalı sarayın bir çox yerində görmək olar.

Navalnının komandası sarayı “Rusiya tarixindəki ən böyük korrupsiya qalmaqalı” kimi qiymətləndirib, Putin isə sarayın ona və ya yaxın qohumlarına məxsus olması ilə bağlı iddiaları təkzib edib.

Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberq sarayın ona məxsus olduğunu bəyan edib.

Ramid İbrahimov


Bu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTOBu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTOBu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTOBu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTOBu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTOBu da Putinin striptiz salonu - Navalnıdan yeni iddia - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR