Son 24 saat ərzində Türkiyə artilleriyasının endirdiyi zərbələr nəticəsində İraqın şimalında öldürülən PKK terrorçularının sayı 13-ə çatıb.
Bakıvaxtı.az-ın yerli KİV-lərə istinadən xəbərinə görə, bu barədə Türkiyə Millli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Daha əvvəl, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.















