• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Britaniya Ukraynaya 30-a yaxın xüsusi təyinatlı hərbçi göndərib

DÜNYA

21 Yanvar 2022 | 14:37 | Müəllif: Subhan Mahmudov

Britaniya Ukraynaya 30-a yaxın xüsusi təyinatlı hərbçi göndərib

Britaniya Ukraynaya 30-a yaxın xüsusi əməliyyat hərbçisi göndərib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hərbçilər Ukrayna ordusuna Böyük Britaniya tərəfindən hədiyyə edilən yeni tank əleyhinə raket sistemlərini öyrətmək üçün bu ölkəyə gəlib.

Ordunun yeni yaradılmış Xüsusi Əməliyyatlar Briqadasının bir hissəsi olan Reyncer Alayının üzvləri Ukraynaya hərbi təyyarələrdə uçublar.

Bu günə qədər Böyük Britaniya Ukraynaya 2 minə yaxın tank əleyhinə raket buraxılış qurğusu göndərib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Vallas ötən gün açıqlamasında Rusiyanın öz sərhədində 100 minə yaxın hərbçini toplamasından sonra ölkəsinin Ukraynanı yardım etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026