Ötən həftə ABŞ və İsrail Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqların yenidən başlamadığı halda yeni planı müzakirə etmək üçün gizli görüş keçirib.
Bakıvaxtı.az xəbər veriri ki, gizli İsrail-Amerika strateji işçi qrupu yeni İsrail hökuməti hakimiyyətə gəldikdən sonra ilk dəfə toplanıb. Videokonfrans formatında keçirilən görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan və israilli həmkarı Eyal Xulata iştirak ediblər.
Qeyd olunur ki, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların dalana dirənməsindən narahat olduqlarını ifadə ediblər. İranın nüvə aktivliyinin artmasına xüsusi diqqət yetirilb. Bununla əlaqədar İsrail detalları açıqlanmayan "B Planı" na keçməyin vacibliyini vurğulayıb. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqların davam etməyəcəyi təqdirdə İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















